İsrailin müvəqqəti Baş naziri Benyamin Netanyahu müxalifət lideri Qadi Eisenkotu siyasi səbəblərdən təhlükəsizlik təhdidlərini kiçiltməkdə ittiham edib.
Turkustan.az xəbər verir ki, Netanyahu bu açıqlamanı Likud partiyasının həftəlik parlament qrupunun iclasından əvvəl jurnalistlərə danışarkən verib.
O, Eisenkotun yeni hökumət qurulana qədər İrana hücum əmri verilməsini zəruri edəcək birbaşa və qaçılmaz təhlükənin olmadığı barədə fikirlərini tənqid edib.
Netanyahu bildirib ki, “ətrafımızdakı təcili, çətin və ciddi təhdidləri kiçildən və ya lağa qoyan hər kəs bunu siyasi səbəblərdən edir”.
Qeyd edək ki, Eisenkot yeni hökumət qurulmazdan əvvəl İrana hücum edilməsini tələb edən birbaşa və dərhal təhlükənin olmadığını bildirmişdi.
Aytən Yaşar/Turkustan.az