Kolumbiyada qubernatorluq binası qarşısında partlayış: 21 yaralı


Kolumbiyanın Villavicencio şəhərində qubernatorluq binasının qarşısında bomba yüklü avtomobil partladılıb. Hadisə nəticəsində 21 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, RCN xəbər saytının məlumatına görə, partlayış Meta regionunun qubernatorluq binasının qarşısında baş verib.

Hakimiyyət orqanlarının açıqlamasına əsasən, yaralananlardan 5-i təhlükəsizlik əməkdaşıdır. Partlayış nəticəsində rayon administrasiyasının binasına və ətrafdakı tikililərə ciddi ziyan dəyib.

Kolumbiya Prezidenti Abelardo de la Espriella sosial media hesabında paylaşdığı açıqlamada hücumu pisləyib və hadisə nəticəsində hələlik ölənlərin qeydə alınmadığını bildirib.

O, hücumun təşkilində məsuliyyət daşıyan şəxslərin ədalət qarşısına çıxarılması üçün təhlükəsizlik qüvvələrinin bütün mövcud imkanlarının səfərbər ediləcəyini vurğulayıb.

Kolumbiyada avtomobilə yerləşdirilmiş bomba partlayışı: 21 nəfər yaralanıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ