ŞOK İDDİA: Rusiya kosmosa nüvə yerləşdirir


Almaniya mediası Rusiyanın kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığını iddia edir. Kəşfiyyat hesabatlarına görə, Moskva bu il nüvə silahı daşıyan peyki orbitə göndərməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, NATO-ya üzv ölkələrin kəşfiyyat xidmətləri Rusiyanın belə bir addım atmağa hazırlaşdığı qənaətinə gəliblər.

Almaniyanın ictimai yayımçıları NDR və WDR, eləcə də “Süddeutsche Zeitung” qəzetinin birgə araşdırmasına əsasən, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) də daxil olmaqla, Qərb kəşfiyyat qurumları bu məsələ ilə bağlı məlumatları bir-biri ilə bölüşüblər.

Məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius da bu iddialarla bağlı məlumatlandırılıb.

Kəşfiyyat hesabatlarında “Sputnik-S” adlı peykin bir neçə il əvvəl yığıldığı və hazırda Moskva vilayətində saxlanıldığı bildirilir. Bununla belə, Kreml Rusiyanın kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığı barədə iddiaları təkzib edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ