Obama: "Trampın ağlında mənim üçün xüsusi yer var"


ABŞ-ın keçmiş prezidenti Barak Obama, prezident Donald Tramp administrasiyasının hələ də ona böyük diqqət göstərməsi ilə bağlı suala yumorla cavab verib.

Turkustan.az xəbər verir ki, podkastda çıxışı zamanı Obamadan Tramp administrasiyasının ona yönəltdiyi tənqidlər və neqativ münasibət barədə fikri soruşulub. O, zarafatla belə cavab verib:

"Bunu ondan soruşmalısınız. Bu vəsvəsənin səbəbi nədir? Aydındır ki, onun zehnində mənim üçün bir otaq, hətta bir süit var."

Obama əlavə edib ki, prezident olduğu dövrdə əvvəlki prezidentlərin dedikləri və ya etdikləri ilə məşğul olmağı vaxt itkisi hesab edirdi:

"Mənim üçün hər zaman aydın idi ki, prezident kimi edəcəyim son şey əvvəlki prezidentin dedikləri və ya etdikləri barədə narahat olmaq olardı. Onlar artıq vəzifədə deyillər. Mənim isə görüləsi işlərim var."

Obama, bununla yanaşı, Trampı diqqətini keçmişə deyil, Amerika xalqının problemlərinə yönəltməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ