Beynəlxalq Dəniz Təşkilatı (IMO) bildirib ki, iyunun 23-dən etibarən həyata keçirilən təxliyə əməliyyatları çərçivəsində təxminən 1100 dənizçini daşıyan 57 gəmi Hörmüz boğazından keçib.
Turkustan.az xəbər verir ki, bölgədə artan təhlükəsizlik riskləri və kommersiya gəmiçiliyinə tətbiq olunan məhdudiyyətlər səbəbindən Körfəzdə qalan gəmilərin təxliyəsi davam etdirilir.
IMO-nun məlumatına görə, son üç gün ərzində ümumilikdə 57 gəmi boğazdan keçərək marşrutunu tamamlayıb. Onlardan 13-ü iyunun 23-də, 32-si iyunun 24-də, 12-si isə bu gün hərəkətini başa çatdırıb.
Təşkilatın baş katibi Arsenio Dominqes bildirib ki, Hörmüz boğazında tətbiq olunan məhdudiyyətlər səbəbindən Körfəz regionunda qalan təxminən 11 min dənizçinin təxliyəsi bir neçə həftə davam edə bilər.
Onun sözlərinə görə, təxliyə əməliyyatlarının təhlükəsiz və koordinasiyalı şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlarla əməkdaşlıq davam edir.
Aytən Yaşar/ Turkustan.az