Hizbullahın baş katibi Naim Qasım ABŞ və İsrailin onları hədəf alan layihəsinin qarşısını aldıqlarını və İsrailin heç bir şərt qoymadan Livandan geri çəkilməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Livanın paytaxtı Beyrutda Məhərrəm ayının 10-cu günü olan "Aşura günü" münasibətilə mərasim keçirilib.
Beyrutun Dahiye rayonundakı Köhnə Aeroport Yolunda keçirilən tədbirdə minlərlə insan iştirak edib.
Köhnə Aeroport Yolu və ətrafdakı bəzi marşrutlar nəqliyyatın hərəkəti üçün bağlanıb və ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Mərasim zamanı İsrailə məxsus pilotsuz təyyarə Dahiye və Beyrutun üzərində alçaq hündürlükdə uçuş həyata keçirib.
Mərasimdən sonra yayımlanan çıxışında Hizbullah lideri Qasım İsrail və ABŞ-ın onları hədəf alan layihəsinin qarşısını aldıqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az