Husi lideri İsraili hədələdi: Somalilandda istənilən varlığı vuracağıq


Yəməndəki Husi lideri Əbdül Malik əl-Husi, Somalidən birtərəfli şəkildə müstəqillik elan edən Somaliland bölgəsindəki hər hansı bir "İsrail varlığını" hədəf alacaqlarını bildirdi.

Turkustan.az xəbər verir ki, Yəməndəki Husi üsyançıları Somalidən birtərəfli şəkildə müstəqillik elan edən Somaliland bölgəsindəki istənilən "İsrail varlığını" hədəf alacaqları ilə hədələyiblər.

Husi lideri Əbdül Malik əl-Husi, Husilərə məxsus əl-Masirah televiziyasında yayımlanan video müraciətində Somalilanddakı vəziyyəti yaxından izlədiklərini söylədi.

İsrailin Somalilandla bağlı təşəbbüslərinə toxunan Husi bildirib ki, "Düşmən Somalilandın dayaq nöqtəsi olması ilə Ədən körfəzini, eləcə də Bab əl-Məndəb boğazını və Qırmızı dənizi nəzarətdə saxlamağa çalışır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ