“Amerika ağ kəpənəyi” şimal-qərb bölgəsini “işğal edir” - VİDEO


Bölgədə sürətlə yayılan “Amerika ağ kəpənəyi” ağacları məhv edir.

Balakəndə bu ziyanvericilərin təsiri daha çox özünü büruzə verir. Sözügedən həşəratın tırtılları ağacların yarpaqları ilə qidalanır, budaqların ətrafına torabənzər örtük çəkir. Nəticədə yarpaqlar quruyur, ağac zəifləyir, məhsuldarlıq aşağı düşür.

Şimal-qərb bölgəsində fındıqçılıq da təhlükə altındadır. Fermerlərin sözlərinə görə, bu ziyanvericilər fındıq ağaclarına daha çox ziyan vurur.

Balakən bitki mühafizəsi və fumiqasiya mərkəzindən bildirilib ki, bu həşaratlar payız mövsümündə bölgədə peyda olub. Havaların qızması ilə yenidən aktivləşib.

Qeyd edək ki, Amerika ağ kəpənəyi dünyanın bir çox ölkələrində təhlükəli zərərvericilərdən biri hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


MANŞET XƏBƏRLƏRİ