Baku TV paytaxt sakinləri arasında "Nəyə yatırım etmək daha sərfəlidir: evə, qızıla, yoxsa banka?" sualı ilə sorğu keçirib.
Vətəndaşların çoxu daşınmaz əmlaka yatırım etməyi üstün tutduğunu bildirib.
İnsanların investisiya olaraq daşınmaz əmlaka üstünlük vermələri qiymətlərdə də öz sözünü deyir.
Belə ki, son illərdə xüsusilə də mənzillərin sürətlə bahalaşmasının əsas səbəblərindən biri də tələbatın yüksək olmasıdır.
Bəs doğrudanmı daşınmaz əmlak almaq ən sərfəli investisiyadır?
İqtisadçı Rəşad Həsənov məsələyə münasibət bildirərək qeyd edib ki, daşınmaz əmlaka yatırım etmək qiymətlərin sürətlə bahalaşması baxımından əlverişlidir:
"Xüsusilə də inşası yeni başlayan layihələrdən əldə edilən mənzillərin təxminən iki il ərzində 35-50 faiz arasında gəlir gətirməsi imkanı var".
Daha ətraflı süjetdə: