QHT layihə çərçivəsində bölgələrdə tədbirlər keçirib - FOTOLAR


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi "Kəlbəcər və Laçın rayonlarının iqtisadi resursları" layihəsinin icrasını fəaliyyət planına uyğun olaraq uğurla davam etdirir.

Layihənin növbəti tədbirlərini regionlarda həyata keçirən təşkilatın sədri Rahilə Mehdiyeva QHT.az-a bildirib ki, növbəti tədbirlər Ağcabədi, Bərdə, Yevlax və Ağsu rayonlarında ardıcıl olaraq baş tutub.

Rayon rəsmilərinin, fermerlərin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə İctimai Birliyin sədri Rahilə Mehdiyeva və iqtisadi ekspert Orxan Bayramlı çıxış edərək, işğaldan azad edilmiş digər rayonlarımızda aparılan quruculuq işləri ilə yanaşı, Kəlbəcər və Laçın rayonlarında həyata keçirilən quruculuq işləri, iqtisadi resurslar və potensial haqqında sahibkarlara ətraflı məlumat verdilər.

Tədbirdə iştirak edən rayon rəsmiləri belə maarifləndirici tədbirlərin keçirilməsini müsbət qiymətləndirərək, onların vacibliyini vurğuladılar. Sahibkarlar çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi dövlət dəstəyindən bəhs edərək, fəaliyyətlərini genişləndirərək məhz həmin rayonlarda işləmək istədiklərini qeyd etdilər. Tədbir geniş müzakirələr və sual-cavab sessiyası ilə davam etdirildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ