“Kirants kəndində yayılan xəbərlərə görə, sərhəd delimitasiyası çərçivəsində Azərbaycana düşən ərazilərdəki evlərin müqabilində ev sahibinə təzminat olaraq 140-200 min dollar pul verilib”.
Turkustan.az xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan yazıb.
O bildirib ki, əslində, sərhəd kəndlərində evlərin qiyməti 20-30 min dolları keçmir:
“Görünür, Nikol Paşinyan evlərinin, mülklərinin və torpaqlarının itirilməsindən narazı qalan Kirants sakinlərini sakit saxlamaq üçün onlara külli miqdarda rüşvət verib.
Proses qeyri-qanuni, hüquqi əsas olmadan, gizli şəkildə həyata keçirilib. Nikol Paşinyanın hakimiyyətdə olduğu 6 il ərzində sərhəd kəndlərində evlərin dövlət dəstəyi ilə tikintisi planı həyata keçirilməyib”, – O.Sərkisyan bildirib.
Qeyd edək ki, Ermənistan Qazaxın işğal altındakı kəndlərində qanunsuz məskunlaşma həyata keçirib. Kəndlər təhvil veriləndən sonra isə bəzi evlər təbii olaraq Azərbaycanın nəzarətinə keçib./Globalinfo.az