Hərbçimizin ölümünə səbəb olan kükürd qazlı su - VİDEO


Faciəli şəkildə həlak olan hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri yayılıb.

Turkustan.az oxu.az-a istinadlan xəbər verir ki, kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Emnalıyev, gizir Fərid Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Səmədov və çavuş Emin Şahmarlının meyitləri aşkar edilib.


MANŞET XƏBƏRLƏRİ