Vəkillər Kollegiyasının bir neçə gün əvvəl işdən çıxan baş katibi (Aparat rəhbəri) Bayram Orucova yeni vəzifə verilib.
Turkustan.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.
B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.
Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) vəzifəsində çalışırdı. /Cebheinfo.az/