Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan hakimiyyətinin Anadolunun işğalı ilə bağlı açıqlamalarını rədd edib.
Turkustan.az xəbər verir ki, nazirlik Yunanıstanda səsləndirilən son bəyanatlarla bağlı yazılı açıqlama yayıb.
Bəyanatda Yunanıstan hakimiyyətinin “Yunanıstanın Anadolunu işğal etməyə çalışdığı dövrlə bağlı əsassız açıqlamalarının” qəbuledilməz olduğu bildirilib.
“Yunanıstanın Anadolunu işğal etməyə və ələ keçirməyə çalışdığı dövrlə bağlı Yunanıstan hakimiyyətinin əsassız açıqlamalarını rədd edirik. Yunanıstan rəsmilərini ciddi və sağlam düşüncə ilə hərəkət etməyə çağırırıq”, - deyə açıqlamada qeyd olunub.
Türkiyə XİN Yunanıstanın həmin dövrdə Anadoluda mülki əhaliyə qarşı “qırğınlar və dağıntılar” törətdiyini də xatırladıb.
“Xatırladırıq ki, Yunanıstan bu cinayətləri və Lozanna Sülh Müqaviləsinin 59-cu maddəsinə uyğun olaraq təzminat ödəməsini qəbul edib”, - deyə nazirlik vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az