Səudiyyə Ərəbistanı ilə ABŞ arasında kritik görüş keçirildi


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperlə görüşüb.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, görüş Ciddədə keçirilib.

Tərəflər Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı münasibətləri, həmçinin regionda baş verən son hadisələri müzakirə ediblər.

Görüşdə Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Şurasının üzvü və milli təhlükəsizlik müşaviri Musaed bin Məhəmməd əl-Əyban da iştirak edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son dövrlərdə Yəməndə İran tərəfindən dəstəklənən husilərin hücumlarının hədəfinə çevrilib. Hücumlar ölkədəki enerji istehsalı müəssisələri də daxil olmaqla bir sıra obyektlərə yönəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ