ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəldiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
“Ukrayna Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb. Rusiya da eyni şeyi etməyə razılıq verib”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin dünyada dizel yanacağının qiymətinin artmasının əsas səbəbinin İran deyil, Rusiya-Ukrayna müharibəsi olduğunu qeyd edib.
ABŞ-da dizel yanacağının orta qiyməti ötən həftə ilk dəfə qalon üçün 6 dolları keçib. Buna əsas səbəb kimi təchizat çatışmazlığı göstərilir.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ABŞ-da dizel yanacağının orta qiyməti bu gün rekord həddə çataraq qalon üçün 6,23 dollar olub.
Aytən Yaşar/ Turkustan.az