Aİ ölkələri Rusiyaya qarşı fərdi sanksiyaların müddətinin uzadılması məsələsində razılığa gələ bilməyib.
Turkustan.az xəbər verir ki, “EUobserver” Aİ diplomatlarına istinadən yazıb ki, Brüsseldə keçirilən görüşdə 15 sentyabrda başa çatan sanksiyaların uzadılması müzakirə olunub.
Görüşdə özbək-rusiyalı milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması tələbi də müzakirə edilib, lakin bununla bağlı razılıq əldə olunmayıb.
Nəticədə təxminən 3000 fiziki və hüquqi şəxsi əhatə edən sanksiya siyahısının qüvvədəolma müddəti daha bir həftə – sentyabrın 22-dək uzadılıb. Məsələnin gələn həftə yenidən müzakirə ediləcəyi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az