Keçmiş MKİ rəhbərindən sensasiya: Putinin hücum hədəfi var – “İki türk ölkəsi savaşa girə bilər”


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus bildirib ki, Rusiya Prezidenti Vladimir Putin daim Sovet İttifaqını bərpa etməyə çalışır.

Petreusun sözlərinə görə, Moskvanın növbəti hədəfi Litva deyil, Moldova olacaq.

“Avropa ölkələri də buna hazır deyil. Onların heç biri müharibə, müdafiə və təhlükəsizlik konsepsiyalarında zəruri inqilabi dəyişiklikləri həyata keçirməyib”, – keçmiş direktor qeyd edib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, SSRİ Litvanın işğalı ilə yaranmayıb:

“SSRİ-nin restavrasiyasına dair tez-tez iddialar səslənir. Ümumiyyətlə, bu, bir xəyaldır. Çünki keçmiş SSRİ ölkələri bunu qəbul etməz. Ukrayna ərazilərinin işğalına dair başlanan münaqişə heç də SSRİ-nin qurulmasına yönələn müharibə deyil.

Rusiyada bu xülya ilə yaşayanlar var, lakin şərtlər dəyişib. Litva ümumiyyətlə Avropa İttifaqı və NATO üzvü olan ölkədir. Bu ölkəyə müharibə elan etmək adını çəkdiyim təşkilatlara hücum deməkdir. Ukrayna NATO üzvü olmadığı üçün Qərb pərdə arxasında dəstək verir. Amma faktiki olaraq, Litva Alyansın üzvüdür. Ona görə bu iddialar boşdur.

Litvaya atılacaq ilk güllələr həm də keçmiş SSRİ üzvü olan ölkələri narahat edəcək. Hətta Rusiyanın bu addımına həmin ölkələrdən də reaksiya gələcək. Məsələn, Qazaxıstan, Özbəkistan kimi ölkələr belə Qərbin yanında savaşa girə bilər”.


MANŞET XƏBƏRLƏRİ