Yəməndə İranın dəstəklədiyi husilərin hücumları fonunda vətəndaş müharibəsində gərginlik yenidən artıb.
Turkustan.az xəbər verir ki, Bab əl-Məndəb boğazı yaxınlığındakı Yəmənin qərb sahili boyunca hücumlarını genişləndirən husilər strateji əhəmiyyət daşıyan bir sıra məntəqələri ələ keçiriblər.
Husilərin hücumları ilə eyni vaxtda İraqdakı İranpərəst silahlı qrupların Səudiyyə Ərəbistanında gündə təxminən 8 milyon barel neft nəql edən boru kəmərinə hücum etdiyi bildirilir.



Aytən Yaşar/ Turkustan.az