Kremlin sözçüsü Dmitri Peskov Ukraynada dəmir yolu xəttinə endirilən zərbələr və Rusiya ordusunun fəaliyyəti ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiya ordusunun Ukraynanın bütün ərazisində qarşıya qoyulan vəzifələri yerinə yetirdiyini və bunu davam etdirəcəyini bildirib.
Peskov ABŞ Prezidenti Donald Trampın Ukraynanın Rusiyanın dizel istehsalı müəssisələrinə hücumlarını dayandırması ilə bağlı çağırışını alqışladıqlarını deyib.
O, neft bazarlarında vəziyyətin pisləşdiyini bildirərək bunun əsas səbəblərindən birinin Fars körfəzi regionunda qeyri-sabitlik və gərginliyin yenidən artması olduğunu qeyd edib.
Peskov Rusiyanın neft məhsullarının ixracına qoyulan qadağanın ölkənin daxili tələbatını ödəmək məqsədi daşıdığını vurğulayıb.
“Daxili bazarımızın ehtiyacları ödənildikdən sonra qadağanın aradan qaldırılması nəzərdən keçiriləcək. Bu, əlavə həcmlərin dünya bazarlarına yönəldilməsinə imkan verəcək”, - deyə Kremlin sözçüsü bildirib.
Aytən Yaşar/ Turkustan.az