Sosial islahatlar proqramı cəmiyyətin bütün həssas təbəqələrin mənafelərinin qorunmasına xidmət edir – QHT SƏDRİ


"Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzin fəaliyyəti ilə tanış olmaq üçün 20-dən çox vətəndaş cəmiyyəti təşkilatının nümayəndələri olaraq, infotur çərçivəsində mərkəzə səfər etdik. Bu səfərdə mərkəzə ilk daxil olduğumuz andan etibarən yaradılan gözəl atmosfer diqqətimizi cəlb etdi. Səliqələ, səhmanlar və yaşıllıq insanın ruhunu dincəltmək üçün möhkəm bir təsir yaratdı." Bu fikirləri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Təşkilat sədri qeyd edib ki, sosial sahədə həyata keçirilən islahatlar bu mərkəzdə də hiss olunur. Əlilliyi olan şəxslərə yeni bir yanaşma gətirilməsi, onların da cəmiyyətimizin bərabər hüquqlu üzvləri kimi qəbul olunması vacibdir.

“Cəmiyyət onların önündə olan əngəllərin aradan qaldırılmasnda onlara kömək olmalı, daha çox diqqət yetirməli və əlilliyi olan şəxslərin inkişafına kömək etməlidir. Bu istiqamətdə əsas məsələ də, həmin şəxslərin istedad və bacarıqlarını üzə çıxarmaqla, əlilliyi olan şəxslərin cəmiyyətimizin vahid parçası olduğunu göstərməkdir. Amma eyni zamanda həmin şəxslərin davamlı reabilitasiyasını diqqətdə saxlamaq da prioritetdir.”

C. Hüseynzadə qeyd edib ki, Mərkəzdə xüsusən dövrümüzdə ehtiyac duyulan peşələrin öyrədilməsi, həmin şəxslərin əmək bazarına maneəsiz daxil olmasına imkan yaradır. Bu sırada kompüter proqramlarına, gözəllik salonu ilə bağlı peşələrə xüsusi diqqət yetirilir. Yaxın zamanlarda foto xidmət üzrə də peşələrin açılması gözlənilir. Qeyd olunan peşələrə yiyələnən əlilliyi olan şəxslər çox asanlıqla əmək bazarına çıxa bilirlər.
“Əlilliyi olan şəxslərə diqqət və qayğın artırılması sahəsində aparılan islahatların mühüm məqamı da ondan ibarədir ki, bu yanaşma kompleks xarakter daşıyır. Bu gün Mərkəzdə peşəyə yiyələn əlilliyi olan şəxs yarı yolda buraxılmır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ona tabe qurumlar paralel olaraq həmin şəxsləri izləyir, növbəti mərhələdə də dövlət dəstəyi davam edir. Məsələn, Dövlət Məşğulluq Agentliyi Xidməti tərəfindən əsas vəsaitlərlə təmin olunmaqla həmin şəxslər öz peşəsinə uyğun öz işlərini qurur. Və yaxud ƏƏSMN-in tabeliyində olan digər qurumların dəstəyi ilə müvafiq işlərlə təmin olunurlar.”

Cəsarət Hüseynzadə vurğulayıb ki, bu mərkəzin fərqli cəhətlərindən biri də, əlilliyi olan şəxslərin paralel olaraq asudə vaxtlarının səmərəli təşkilidir. “Diqqətimizi cəlb edən başqa bir məqam ondan ibarət oldu ki, hər bir şəxsə fərdi yanaşma və fərdi reabilitasiya proqramı hazırlanır və həyata keçirilir. Əlbəttə hər bir əlilliyi olan gənci qazanmaq və inkişaf etdirmək səbr, vaxt və fərdi yanaşma tələb edir. Bu gün əlilliyi olan şəxslər məhz bu qaydada dəstək göstərilir.” Bu baxımdan son 5 ildə icra olunan sosial islahat proqramı cəmiyyətin bütün həssas təbəqələrin mənafelərinin qorunmasına xidmət edir – deyə Cəsarət Hüseynzadə qeyd edib.


MANŞET XƏBƏRLƏRİ