“Azərbaycanın hücumu qaçılmazdır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini oxuyun. Azərbaycan bunu həyata keçirəcək”.
Turkustan.az xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Akopyan deyib.
Erməni mediası 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə belə aydınlıq gətirib: “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalıdır. Bəyanatda bildirilir ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə rahat gediş-gəlişini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat dəhlizinə nəzarət Rusiya Federasiyasının Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat əlaqəsi təmin ediləcək”.
Movses Akopyanın fikrincə, heç nə, hətta sülh müqaviləsi belə Azərbaycanın qarşısını ala bilməz:
“Azərbaycanın hücumu zamanı Ermənistana hansı ölkə dəstək ola bilər?” sualına Movses Akopyan belə cavab verib ki, Ermənistanı kimin dəstəkləyəcəyini bilmir. O, ümumiyyətlə, bu suala cavabının olmadığını bildirib. /konkret.az/