Ukraynada 27 mindən çox rus əsgərinin öldüyünü təsdiqlənib...


İyulun 7-nə olan məlumata görə, Ukrayna ilə müharibədə həlak olan 27 423 rusiyalı hərbçinin adı məlum olub.

Turkustan.az-ın əldə etdiyi məlumata görə, itkiləri BBC Rus Xidməti və Mediazona könüllülər qrupu ilə birlikdə hesablayıb.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna başlayandan bəri ən azı 240 nəfər, o cümlədən bir neçə yüksək rütbəli zabit öldürülüb.

İyunun 4-dən indiyədək Ukraynada Rusiya silahlı qüvvələrinin azı bir generalı, iki polkovniki və üç polkovnik-leytenantı, eləcə də daha 12 zabit həlak olub.

Jurnalistlərin qeyd etdiyi kimi, Rusiya ordusunun yüksək rütbəli zabitləri sonuncu dəfə müharibənin ilk aylarında belə itkilər vermişdilər.

Tədqiqat müəllifləri onu da qeyd edirlər ki, bu, “Rusiya itkilərinin ən minimal təxminidir”, real rəqəm isə “mütləq daha çoxdur”.

Qeyd edək ki, məhkumlar müəyyən edilmiş itkilərin ən əhəmiyyətli kateqoriyası olaraq qalır - tədqiqatçılar 5211 ölü məhkumun şəxsiyyətini müəyyənləşdiriblər. Ölən məhkumların əksəriyyəti “Vaqner” PMC-nin tərkibində döyüşürdülər.

Tədqiqat müəlliflərinin fikrincə, itkilərin real rəqəmi ən azı iki dəfə çox ola bilər. Beləliklə, ölənlərin sayı, ən mühafizəkar hesablamaya görə, 55 min nəfər ola bilər. Ağır yaralanma və ya ölüm səbəbindən sıradan çıxanları nəzərə alsaq, Rusiyanın bərpa olunmaz itkiləri ən azı 247 min nəfər ola bilər. /sia.az/


MANŞET XƏBƏRLƏRİ