Tramp: İsrail və İranla fəxr edirəm, atəşkəs yaxşı gedir


ABŞ prezidenti Donald Tramp Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Liderlər Zirvə toplantısında İsrail-İran münaqişəsi ilə bağlı tənqidi açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Donald Tramp elan etdiyi, lakin bir neçə saat ərzində pozduğu İsrail-İran atəşkəs rejiminin indi mükəmməl getdiyini bildirib və əlavə edib: "Bu, hamı üçün böyük bir qələbədir".

Trampın bəyanatlarından diqqət çəkən məqamlar belədir:

"İran və İsrail əvvəlcə atəşkəsi pozdu, sonra ona qayıtdı. Hazırda vəziyyət çox yaxşıdır. Hər iki tərəfin münasibətindən razıyam.

Mən İsrail və İranla fəxr edirəm. Onlar atəşkəsi qəbul etdilər. Bu çox vacibdir.

Biz İrana qarşı qüsursuz əməliyyat keçirdik. Əgər biz hücum etməsəydik, İran danışıqlar masasına oturmağa razı olmazdı və atəşkəsə razı olmazdı.

İranın nüvə obyektlərinə endirdiyimiz zərbələrlə İranın nüvə proqramı illərlə geri çəkildi. İran yenidən eyni prosesə girərsə, biz yenidən zərbə endirəcəyik.

İnanılmaz, qüsursuz əməliyyat həyata keçirdik. Heç kim bu əməliyyatı ört-basdır etməyə çalışmamalıdır.

Bu arada Qəzza ilə bağlı da yaxşı inkişaflar var. Düşünürəm ki, tezliklə oradan yaxşı xəbərlər alacağıq. Mənə sülhə çox yaxın olduğumuzu söylədilər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ