Xəbər verdiyimiz kimi, general-mayor hərbi rütbəsi verilən hərbçilərdən biri də Elnur Kazımovdur.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Katibliyinin rəisi olan E. Kazımov ailədə bu rütbəni alan ikinci şəxsdir.
Belə ki, yeni general-mayor hərbi prokurorun sabiq müavini Rasim Kazımovun qardaşıdır. R. Kazımovun özü də general-mayor rütbəsi daşıyır.
Qeyd edək ki, Elnur Kazımov uzun illərdir Müdafiə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən MN-in Satınalma və təchizat idarəsinin rəisi kimi xidmət edib.