Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna İstanbul danışıqlarında razılaşmaları yerinə yetirdikdən sonra danışıqlar üçün yeni tarix təyin olunacaq.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada müxtəlif aktual mövzularda jurnalistlərin suallarını cavablandırıb.
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında yaranmış gərginlikdən narahatlığını ifadə edən Peskov qeyd edib ki, İran parlamentinin MAQATE ilə əməkdaşlığı dayandıran qanun layihəsini qəbul etməsi başa düşüləndir.
Peskov bu qərarın İrandakı nüvə obyektlərinə səbəbsiz hücumlara görə verildiyinə diqqət çəkib.
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsində bir qrup dövlət çevrilişi cəhdinin qarşısının alınması ilə bağlı açıqlamasına münasibət bildirən Peskov: “Bu, şübhəsiz ki, Ermənistanın daxili işidir və təbii ki, biz Ermənistanda qanunun, asayişin və sülhün davam etməsini, Ermənistanın firavan və Rusiyaya dost olan sabit ölkə olmasını istəyirik” deyib.
İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda razılaşdırılan məsələlərin həyata keçirildiyini deyən Peskov: "Bu proses sona çatmaq üzrədir. Bundan sonra danışıqların yeni raundunun tarixi müəyyənləşəcək" dedi.
Aytən Yaşar/ Turkustan.az