Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.
Turkustan.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirərək iqtisadi əlaqələrin, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər.
İranlı nazir iki ölkə arasındakı münasibətlərin inkişafını dövlət başçılarının siyasi iradəsi ilə əlaqələndirib.
Öz növbəsində Ş.Mustafayev dəmir yolu layihələrinin gedişatından məmnunluğunu ifadə edib:
Danışıqların sonunda tərəflər regional sabitlik və inkişafın əsas amili kimi strateji-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini təsdiqləyiblər./globalinfo.az