İsrail ABŞ-yə İranla bağlı bu ŞOK MƏLUMATLARI təqdim etdi


İsrail kəşfiyyatı İrana qarşı daha sərt addımların atılması üçün Vaşinqtona yeni kəşfiyyat məlumatları təqdim edib.

Turkustan.az "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, İsrail xüsusi xidmət orqanları İranın uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan sentrifuqaları Natanz yaxınlığındakı təxminən 140 metr dərinlikdə yerləşən yeraltı tunellərə köçürdüyü barədə məlumatları Vaşinqtona çatdırıblar.

İsrail tərəfi ümid edir ki, təqdim olunan bu kəşfiyyat məlumatları Birləşmiş Ştatları İrana qarşı yeni və daha irimiqyaslı hərbi əməliyyata başlamağa təhrik edəcək./Musavat.com


MANŞET XƏBƏRLƏRİ