Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası planlaşdırılan konstitusiya islahatlarının bir hissəsi olaraq respublikanın yarı-prezident idarəetmə formasına keçməsini müzakirə edir.
Turkustan.az xəbər verir ki, bu barədə "Ekonomim" qəzeti partiya mənbələrinə istinadən məlumat verib.
Partiya hesab edir ki, bu, parlamentin güclənməsinə və hakim partiyanın çoxluğunun təmin olunmasına kömək edəcək. Dəyişikliklər arasında təkmandatlı seçki sisteminə keçid təklif olunur.
Rəsmi Ankara hələlik qəzetin məlumatı ilə bağlı şərh verməyib, lakin “Ekonomim”in məlumatına görə, bu məsələ Türkiyə Demokratiya Fondunun nümayəndələri tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən görüşdə qaldırılıb.
Türkiyə 2017-ci ildə keçirilən ümumxalq referendumunda konstitusiya dəyişikliklərinin qəbul edilməsindən sonra 2018-ci ildə parlament idarəetmə sistemindən prezident idarəetmə sisteminə keçib./publika.az