Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama gözlənilir.
Turkustan.az xəbər verir ki, Ermənistan Xarii İşlər Nazirliyinin yaydığı açıqlama görə, bu gün ölkənin XİN başçısı Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüşəcək.
Görüşdə Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi çərçivəsində birgə bəyanat yayımlanacaq.
Xatırladaq ki, Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisindən birləşdirən nəqliyyat (avtomobil və dəmiryolu) dəhlizidir. Dəhliz eyni zamanda Azərbaycanı Türkiyə və Avropa ilə birbaşa quru yol ilə bağlayan strateji layihədir. /modern.az