Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin İrandakı vəziyyət və Rusiya-ABŞ danışıqları ilə bağlı proqnozu ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalist Ruslan Ostaşko paylaşım edib.
Jirinovski İrana hücum ediləcəyini, bundan sonra Rusiya və ABŞ-ın dünyada təsir dairələrini bölüşdürməyə başlayacağını deyib.
“Onlar zərbə endirəcəklər — Amerika gəmiləri artıq İran sahillərinə doğru hərəkət edir, siz bunu görmürsünüz. İrana zərbə endirildikdən sonra milyonlarla qaçqın olacaq, sonra Rusiya və ABŞ Prezidenti Soçidə oturub razılığa gələcəklər. Yalta (1945-ci il Yalta Konfransı) əvəzinə, Soçi olacaq”, – deyə siyasətçi bildirib./Globalinfo.az