İsrail ordusu İrandakı etirazlar fonunda hər hansı gözlənilməz ssenarilərə qarşı daim hazırlıqlıdır.
Turkustan.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin deyib.
O qeyd edib ki, İsrail ordusu daim müdafiəyə hazırdır.
General İrandakı etirazları İslam Respublikasının "daxili məsələsi" hesab edir.
Eyni zamanda, Defrin İsrail ictimaiyyətini təsdiqlənməmiş məlumat mənbələrinə etibar etməməyə çağırıb:
"Son günlərdə İrandakı vəziyyətlə bağlı bir çox şayiə yayılıb. Biz vəziyyəti müntəzəm olaraq qiymətləndirməyə davam edirik və hər hansı bir dəyişiklik baş verərsə, sizi məlumatlandıracağıq. Vurğulayıram: Şayiələrə aldanmayın". /axar.az/