Temperatur 10 dərəcə enəcək - QAR GƏLİR


Havanın temperaturu 10 dərəcəyədək enəcək, sulu qar yağacaq.

Turkustan.az xəbər verir ki, Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Bölgələrdə də yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:


MANŞET XƏBƏRLƏRİ