Ağ evdən İrana: Hərbi güc tətbiqi masadadır!


Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, Prezident Donald Tramp İran məsələsində diplomatiyaya üstünlük verir, lakin hərbi gücdən istifadəni həmişə müzakirə mövzusu edir.

Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü Leavitt mətbuat nümayəndələri ilə sual-cavab sessiyası zamanı cari hadisələrə toxunub.

Leavitt İrandakı etirazları yaxından izlədiklərini qeyd etdi və ABŞ prezidenti Trampın bütün variantları müzakirədə saxladığını bildirdi.

Leavitt vurğulayıb ki, Tramp etirazçılara təhlükəsizlik qüvvələri tərəfindən hücum ediləcəyi təqdirdə İran hədəflərinə qarşı hərbi güc tətbiq etmək təhdidini həyata keçirməkdən "qorxmur", lakin Tehranla diplomatiyanı davam etdirməyi üstün tutduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ