Şahin Şıxlinskiyə qarşı 22 milyonluq iddia


Rusiyanın Yekaterinburq şəhər sakini Fəxruz Şirinov Uralda Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və Səfərov qardaşlarına qarşı çoxmilyonluq məhkəmə iddiası qaldırıb.

Turkustan.az lent.az-a istinadən bildirir ki, o, onları özünə qarşı sui-qəsd cəhdində ittiham edir. Şirinovun sözlərinə görə, bu hadisə 2010-cu ildə baş verib.

Qeyd olunur ki, Şirinov cinayət işi üzrə zərərçəkən kimi tanınıb. O, 22 milyon rubldan artıq məbləğdə mənəvi zərərin ödənilməsi üçün iddia qaldırıb.

Xatırladaq ki, Şıxlinski 2025-ci ilin yayında saxlanılıb. İstintaq hesab edir ki, o, Şirinova sui-qəsd cəhdi və 2001-ci ildə İkram Paşayevin qətlinin təşkilində iştirak etmiş ola bilər. Şirinov isə sağ qalıb, çünki cinayət aləti olan tapança tutulub işləməyib. 15 il sonra iş yenidən araşdırılmağa başlanıb.


MANŞET XƏBƏRLƏRİ