Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev iddia edib ki, ABŞ prezidenti Donald Tramp kifayət qədər tez hərəkət etməsə, Qrenlandiya referendum yolu ilə Rusiyaya birləşmək qərarı verə bilər.
Turkustan.az xəbər verir ki, Medvedev sosial media hesabında verdiyi açıqlamada ABŞ-ın Qrenlandiya ilə bağlı təşəbbüslərinə münasibət bildirib.
Medvedev ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin "dünya iqlimini" dəyişdirmək üçün yaxşı ola biləcəyini bildirdi və bunları əlavə etdi:
"Amma Tramp tələsməlidir. Təsdiqlənməmiş məlumata görə, bir neçə gün ərzində növbədənkənar referendum keçirilə bilər və Qrenlandiyanın bütün 55.000 sakini Rusiyaya birləşmək üçün səs verə bilər. O zaman hər şey bitərdi."Trampdan Qrenlandiya ilə bağlı soruşulduqda, o, "Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən prezident olduğum müddətcə bu baş verməyəcək. Hərbi mövcudluq kifayət deyil. Ona sahib çıxmaq lazımdır" demişdi.
Aytən Yaşar/ Turkustan.az