Osmanlı tarixinin araşdırıcısı Fransevi Efendinin “Mən İranda Qacarlar sülaləsinin bərpasını və 1906-cı il konstitusiyasını dəstəkləyirəm” ifadəsinə beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik, şərhçi və alim Maykl Skott Doran münasibət bildirib.
Turkustan.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
“Mən Səfəviləri dəstəkləyirəm. Şah İsmayıl uzaqgörən Azərbaycan monarxı idi,” – Doran vurğulayıb.
Qeyd edək ki, Maykl Doran Corc Buş (oğul) administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında baş direktor və Pentaqonda ictimai diplomatiya üzrə müavin vəzifələrində çalışıb. O, açıq şəkildə İraqın işğalını və Yaxın Şərq ölkələrini hədəf alan “rejim dəyişikliyi” siyasətini dəstəkləyib./Globalinfo.az