Trampdan Qrenlandiya mesajı: “Əgər biz almasaq, Rusiya və ya Çin alacaq”


ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a məxsus olması barədə açıqlamalarından sonra Ağ Evdən diqqətəlayiq bir paylaşım gəldi.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Trampın Ağ Evdə pəncərədən Qrenlandiyanın xəritəsinə baxarkən çəkilmiş səhnələşdirilmiş fotosu diqqət çəkib. Trampın Qrenlandiya xəritəsi ilə çəkilmiş fotosu "İnkişafı izləmək üçün toxunun" başlığı ilə paylaşılıb.

Ağ Evin paylaşımı Vaşinqtonun bölgəni yaxından izlədiyinə dair bir mesaj kimi şərh edildi.

ABŞ prezidenti Tramp son açıqlamasında Qrenlandiyanın ABŞ-a ilhaq edilməsi ilə bağlı sualları cavablandırarkən deyib: "Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən prezident olduğum müddətcə bu baş verməyəcək. Hərbi iştirak kifayət deyil. Torpağa sahib çıxmaq lazımdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ