Xəzər geri çəkilir: balıqçıların sayı azalır – FOTOLAR


Xəzər dənizində son illər suyun səviyyəsinin aşağı düşməsi sahilyanı ərazilərdə, xüsusilə balıqçılıqla məşğul olanlar üçün ciddi çətinliklər yaradıb.

Turkustan.az-ın məlumatına görə, Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəran sahillərində suyun geri çəkilməsi nəticəsində dəniz dayazlaşıb, sualtı qayalıqlar üzə çıxıb, bu da balıqçı qayıqlarının hərəkətini təhlükəli edib.

Balıqçıların sözlərinə görə, əvvəllər rahat istifadə olunan marşrutlarda indi qayıqlar tez-tez qayalara ilişir, bəzi sahələrdən isə keçmək mümkün olmur.

Sahilə yaxın sularda balıq ehtiyatı da xeyli azalıb, balıq sürüləri daha dərin ərazilərə çəkilib. Mövcud qaydalara əsasən balıqçıların sahildən cəmi iki mil məsafəyədək dənizə çıxmasına icazə verilir, belədə balıq ovu qeyri-mümkün olur.

Lənkəranın Aşağı Nüvədi kəndində əvvəllər gün ərzində təxminən 30 balıqçı qayığı dənizə çıxırdısa, hazırda bu rəqəm 20-yə enib.

Mütəxəssislər bildirirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması uzunmüddətli prosesdir və bu hal təkcə balıqçılığa deyil, ümumilikdə dənizin ekosisteminə mənfi təsir göstərir. Onların fikrincə, balıq ehtiyatlarının daha dərin sulara çəkilməsi balıqçılıq zonalarının yenidən qiymətləndirilməsini və sahilboyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Xəzər geri çəkilir: balıqçıların sayı azalır - FOTOLAR Xəzər geri çəkilir: balıqçıların sayı azalır - FOTOLAR


MANŞET XƏBƏRLƏRİ