Leyen: Ukraynanın sərhədləri dəyişdirilə bilməz


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın sərhədlərinin birtərəfli qaydada dəyişdirilə bilməyəcəyini və mümkün sülh çərçivəsində ordusunun məhdudlaşdırıla bilməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Fransanın Strasburq şəhərində Avropa Parlamentinin (AP) Baş Assambleyasında İsveçrənin Cenevrə şəhərində keçirilən Ukrayna sülh danışıqları və bu danışıqlarda Aİ-nin rolunu müzakirə edən sessiyada fon der Leyen çıxış edib.

Von der Leyen Rusiyanın müharibənin əvvəlindən Ukraynanı, Avropanı və müttəfiqlərini məğlub edə biləcəyinə inandığını ifadə edərək, Ukraynanın Moskva üçün "daha böyük oyunun ilk addımı" olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ