İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimal hissəsində Tubas şəhəri və ətraf qəsəbələrə qarşı genişmiqyaslı hücuma keçib.
Turkustan.az xəbər verir ki, ordu böyük əlavə qüvvələr yerləşdirib, hərbi texnika yerləşdirib və helikopterlərdən hədəfləri atəşə tutub.
İsrail qüvvələri komendant saatı tətbiq edərək, şəhərin bütün girişlərini torpaq maneələrlə və hərbi keçid məntəqələri ilə bağlayıb.
Tubas valisi Əhməd Əl-Əsəd İsrail tərəfinin Fələstin rəhbərliyinə "hücumların bir neçə gün davam edəcəyini" bildirdiyini və bunun Tubas və ətraf qəsəbələri hədəf alan "təhlükəli eskalasiya" olduğunu bildirib.
İsrailin bölgədə “axtarılan şəxslərin” olduğunu iddia etdiyini, lakin bunun həqiqəti əks etdirmədiyini deyən Əsəd, “Bu əməliyyat siyasidir, heç bir təhlükəsizlik əsaslandırması yoxdur” deyib.
Aytən Yaşar/ Turkustan.az