“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihə çərçivəsində seminarları davam etdirib və layihə fəsaliyyətlərini uğurla tamamlayıb.
QHT.az xəbər verir ki, növbəti seminarlar 24-26 sentyabr tarixində seminar Biəsuvar rayonun Səmədabad qəsəbə Tam Orta məktəbində və 5 saylı Cəbrayıl qəsəbəsinin 10 saylı orta məktəbində orta məktəbi şagirdləri üçün keçirilib.
Biəsuvar rayonun Səmədabad qəsəbə Tam Orta məktəbinin direktoru Əlitudə Eyniyev seminar iştirakçılarını salamlamış ,Azərbaycan Respublikasının ekoloji məsələlərdə önəmli rol oynadığını və COP-29 tədbirlərinin əhəmiyyətini vurğulamış və bu layihənin də gənclərimiz üçün olduqca əhəmiyyətli olduğunu bildirmişdir.O.vurğulamışdır ki,bu tipli seminarlar məktəblilərin ekoloji maariflənməsi baxımından əhəmiyyətlidir və bu istiqamətdə əməkdaşlıq davam etdirilmləidir.
Sonra “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb,layihə və onun hədəfləri barədə geniş məlumat verib.O,qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları,iqlim dəyişiklikləri ilə mübarizə,COP-29 sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib.
Şagirdlərə ekoloji problemlərin həlli isitiqamətdə görülməlik işlər və Bakıda keçirilən COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə geniş təqdimat həyata keçirilib.
O həmçinin bildirdi ki,layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır. Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumatlar təqdim olunub. Seminarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsi ilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək,COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq. Layihənin əsas hədəf mövzusu olmuşdur.
Layihə fəaliyyəti üzrə təqdimatlardan sonra şagirdlərlə interaktiv disskusiyalar keçirilmiş və onları maraqlandıran suallar cavablandırlımışdır.
Bununla da “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi “Daha yaşıl Azərbaycan üçün gənc nəsil”adlı layihəni uğurla başa çatdırmışdır.