Trampın Ərdoğana mesajının sirri – Növbəti “hədəf” Türkiyədir


ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşündə F-35 məsələsinə toxunub. O bildirib ki, Türkiyə bu qırıcıları almaq istəyir, lakin əvəzində Vaşinqtonun istədiyi bir şeyi etməlidir.

Tramp Ankaradan nə istəyir? Ərdoğan F-35-lər üçün ABŞ-ın şərtini qəbul edəcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Tramp faktiki olaraq Rusiya-Ukrayna müharibəsi ilə bağlı nəzərdə tutduğu hədəflərə nail ola bilmədi:

“Onun Rusiya ilə bağlı gözləntiləri özünü doğrultmadı. Düşünürdü ki, tərəfləri ortaq məxrəcə gətirə bilər. Yəni mütləq bir sülh olmasa da, ən azından atəşkəs inanırdı. Tramp həmçinin Rusiya ilə münasibətləri düzəldə biləcəyinə ümid edirdi.

O, hazırda Rusiyanı iqtisadi məngənəyə salmaq istəyir. Təsadüfi deyil ki, buna görə artıq Hindistan və Çinə təzyiqlər edir. Digər tərəfdən, Avropa ölkələrini sıxışdırır, Rusiyadan enerji alışının qarşısını almağa çalışır.

turab rzayev

Turab Rzayev

Politoloq bildirib ki, bu baxımdan ABŞ-ın növbəti hədəfi Türkiyədir:

“Türkiyə ilə bağlı da eyni proses gedir. Vaşinqtonun “istədiyi bir şey” deyərkən, hesab edirəm, söhbət enerji alışının dayandırılması və ya S-400-lərin geri verilməsindən gedir. Vaşinqton bunun müqabilində həm F-35, həm də digər hərbi təkliflər irəli sürür. Hətta bununla bağlı ilkin razılaşmalar da var. Lakin bütün hallarda indiki məqamda Türkiyənin Rusiya qarantiyasından birdən-birə imtinası mümkünsüzdür”.


MANŞET XƏBƏRLƏRİ