“Ortaq miras: Dünən, bu gün və sabah” – VİDEO


CASCFEN-nin layihə çərçivəsində üçüncü-sonucu veriliş bu mövzuda olub.

QHT.az xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını davam etdirir.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, layihə çərçivəsində mövzu ilə bağlı Azərbaycanda internet TV-lərin birində 3 verilişin hazırlanması nəzərdə tutulub: “Artıq həmin 3 verilişdən üçüncüsü-sonuncusu da hazırlanıb və tamaşaçılara təqdim olunub. Üçüncü verilişin mövzusu “Ortaq miras: Dünən, bu gün və sabah” olub. Verilişdə ekspertlər qismində “Türküstan Media Qrupu”nun baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal və Manisa- Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül çıxış ediblər”.
Məlumata əsasən layihə rəhbəri Nadir İsmayılovun aparıcılığı ilə reallaşan verilişdə ekspertlər həm ümumilikdə layihə, həm də layihə çərçivəsində KKTC keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans və Türkiyədə, Manisa şəhərində eyni mövzuda keçirilən dəyirmi masa barədə fikirlərini bölüşüblər. Belə bir fikir ifadə olunub ki, bu cür tədbirlər türk dünyasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Öz növbəsində Manisadakı tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını deyən Şentürk Hoşgül bu tip layihələrin davamlı olması üçün bundan sonra da əməkdaşlığa hazır olduqlarını bəyan edib.

Verilişdə ekspertlər, həmçinin ortaq mirasımızın gələcəyə çatdırılması, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə reallaşdıra biləcəyi layihələrlə bağlı da təkliflərini səsləndiriblər.

Verilişə aşağıdakı link vasitəsilə baxmaq olar.


MANŞET XƏBƏRLƏRİ