Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol dəhliz statusunda olacaq.
Turkustan.az xəbər verir ki, bu barədə erməni politoloq Ara Poqosyan bildirib.
“Xəttin “Tramp yolu” və ya “Zəngəzur dəhlizi” adlandırılmasının heç bir fərqi yoxdur. Dəhlizdə olduğu kimi, Ermənistan istənilən vaxt yolu bağlaya bilməyəcəksə, eyni prinsip Azərbaycan ərazisində Ermənistana da şamil olunmayacaqsa, demək, həmin şərtlər tətbiq olunacaq. Sonra deməyin ki, bu, dəhliz deyil”, - ekspert bildirib./teleqraf