2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ Rusiyaya qarşı demək olar ki, bütün sektorlarda əhatəli sanksiyalar tətbiq etsə də, Rusiya iqtisadiyyatı bu müddət ərzində iqtisadi artımını və ixracını qoruyub.
Turkustan.az xəbər verir ki, ilin əvvəlindən Rusiya hərbçilərinin Ukraynada irəliləməsi sürətləndikcə, prezident seçilməmişdən əvvəl Ukrayna müharibəsini “bir günə” bitirəcəyini vəd edən Trampa qarşı tənqidlər də artıb.
Müharibəyə son qoymaq üçün aparılan danışıqların uğursuzluğundan sonra Trampın Rusiyaya münasibəti xeyli dəyişdi. Bu mövqe onun Rusiyaya, eləcə də BRİKS çərçivəsində sıx əlaqələri olan Çin və Hindistana qarşı sanksiyalar və tarif qərarlarında özünü göstərir.
Bu yaxınlarda Hindistanın "Rusiya neftini alır" səbəbi ilə ona 25 faiz əlavə rüsum tətbiq etməyə qərar verən Tramp Rusiyadan neft alan digər ölkələrin də "nəzərdən keçirildiyini" bildirib.
Ağ Ev Rusiyanın ən böyük enerji idxalçısı olan Çinə qarşı da xəbərdarlıqlar edərkən, Çin rəhbərliyi mümkün tariflər və sanksiyalarla bağlı ölkənin maraqlarını qorumağa davam edəcəyini və Rusiyadan alış-verişə davam edəcəyini bəyan edib.
Tramp neftin qiymətinin düşəcəyi təqdirdə müharibənin bitəcəyini bildirsə də, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+-nın neft tələbinin zəif olmasına baxmayaraq hasilatı azaltmağa qərar verməsi diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az