Vaşinqtonda Azərbaycanla Ermənistanla davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atıldığı bir gündə Cənubi Qafqaza sülhün və əməkdaşlığın gəlməsini istəməyən və uzun illər xalqlar arasında ədavətin qızışmasına çalışan dairələr yenidən hərəkət keçməyə başlayıb. Belə dairələrin sifarişlərinin icraçıladan biri də Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsinin sədri müavini Konstantin Zatulindir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Zatulinin MDB üzrə apardığı işi o qədər “effektiv olub ki”, MDB ölkələrin əksəriyyəti onun girişinə qadağalar qoyub. Bu da onun MDB ölkələri arasında apardığı dağıdıcı fikirlərindən irəli gəlib.
“Belə ki, Zatulin Vaşinqtonda Azərbacanla Ermnənistan arasında razılaşmaların imzalanmasından çox narahat olub, hətta hərarəti yüksəlib. Ona görə də mətbuata verdiyi açıqlamalarda Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılması və bu yola nəzarəti ABŞ-ın neyral bir şirkətinə verilməsi Ermənistanın və İranın maraqlarına uyğun gəlmədiyini bildirir”.
Millət vəkili əlavə edib ki, Zatulinin düşüncəsi ilə Ermənistan əbədi blokadada qalmalıdır. Çünki bu dəhlizin açılması İranın maraqlarına qarşı necə olduğunu da izah etmir.
“Əslində Zəngəzur dəhlizin açılması İran üçün də beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış imkanları yaradır. Yəni Zatulin Cənubi Qafqazı sonu görünməyən münaqişələr regionu kimi görmək istəyir. Amma sülhün, əməkdaşlığın gəlməsini, kommunikasiyaların açılmasını heç cürə həzm edə bilmir.
Zatulin qeyd edir ki, Zəngəzur dəhlizinin açılması ancaq Azərbaycanın və Türkiyənin maraqlarına uyğundur. Bəli, bu bizim maraqlarımıza uyğundur. Bu həm də regionun bütün dövlətlərinin maraqlarına uyğundur. Çünki, regiona sabitlik və inklişaf gələcək”.
A.Badamov eyni zamanda vurğulayıb ki, Zatulin Paşinyanı ermənilərin milli maraqlıarını müdafiə etməməsində ittiham edir.
“Əslində Ermənistanın tarixində ermənilərin milli maraqlarını ən çox müdafiə edən elə Paşinyandır. Paşinyan Ermənistanı bir dövlət kimi qorumağa çalışır. Amma Zatulinlər Ermənistanda qarışıqlıq salmaqla Paşinyana öz xalqını bataqlıqdan xilas etməyə imkan vermir”.