Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsinin müavini Dmitri Polyanski İsrail hökumətinin bütün Qəzza zolağının işğalı planına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Polyanski BMT-də jurnalistlərə açıqlama verib.
İsrail hökumətinin Qəzzaya tam müdaxilə planı ilə bağlı sualı cavablandıran Polyanski deyib ki, Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasında demək olar ki, hamı ilə eynidir.
"Bu, çox pis addım və yanlış istiqamətdə atılmış addım olardı. Biz bu istiqamətdə fəaliyyəti pisləyirik", - Polyanski bildirib.
Bu planın BMT-nin bütün qətnamələrini pozacağını qeyd edən Polyanski, İsrail-Fələstin problemi ilə bağlı yeganə variantın iki dövlətli həll olduğunu vurğuladı.
Aytən Yaşar/ Turkustan.az