“Azəristiliktəchizat” ASC Bakıda 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərinin sınaq yoxlanmasını həyata keçirəcək.
Məlumata görə, bu gün paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, 56 və 58 nömrəli binalar, General Şıxlınski küçəsində 13, 15, 19, 21, 23 (yataqxana), 25, 37, 39, 39a, 39b, 47,49, 51(yataqxana),57 və 59 nömrəli binalar, General Səməd bəy Mehmandarov küçəsində 20a, 20b, 22a, 22b, 26a, 26b, 28a, 28b, 42, 44, 46, 48, 50, 52, 54, 66, 68, 70, 72, 74, 76, 80, 82, 84, 90, 92, 94, 96, 98 və 100 nömrəli binalar, Nəsrəddin Tusi küçəsində 22, 24, 26 və 28 nömrəli binalar, Məhəmməd Hadi küçəsində 92 və 92a nömrəli binalar, eləcə də 48 saylı orta məktəb sınaq yoxlanışından keçiriləcək. Bununla əlaqədar olaraq qeyd edilən ünvanlarda baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə mənzildaxili istilik sistemlərinə nəzarət olunması tövsiyə edilib:
“Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli “Çağrı mərkəzi”nə, əraziyə xidmət göstərən yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya binaya xidmət göstərən MKİS-ə məlumat verməyi xahiş olunur”.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib.
Bakıdakı mənzillərdə istiliyə görə sayğac quraşdırılması prosesi başlayıb?
Məsələ ilə bağlı “Azəristiliktəchizat”dan “Cebheinfo.az”a bildirilib ki, hələ mənzillərdə sayğac quraşdırılmayıb:
“Quraşdırıldıqda elan olunacaq”.