5 yaşlı Afaq (ad şərtidir-red.) Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Turkustan.az xəbər verir ki, bu barədə birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, 8 ay əvvəl balaca Afaqla anasının yaşadığı ünvanda olublar. Ancaq ana onlarla ünsiyyət qurmağı, gizlənib.
İndi isə polis əməkdaşları qızı sığınacağa yerləşdiriblər. Ana isə müayinə üçün narkoloji dispanserə aparılıb:
"Qızın sığınacaqda verdiyi sual "Burda ət verirlər?" olub".
Bundan başqa azyaşlı sığınacaqda qalanların döyülüb-döyülməsi ilə maraqlanıb.
Məlumat olub ki, anasının dostları birgə yaşadıqları evdə qızı və anasını mütəmadi döyüblər. /Cebheinfo.az/